Ronaldo bu kuboku Messidən daha tez qazanar - Mourinyo

Ronaldo bu kuboku Messidən daha tez qazanar - Mourinyo

İdman
15 İyul 2019, 15:45 16338
Portuqaliyalı mütəxəssis Joze Mourinyo Messiyə "ilişib”.
 
Kaspi.az xəbər verir ki, Mourinyo Messinin hələ də Amerika kubokunu qazana bilməməyinə münasibət bildirib. O, həmyerlisi Kriştiano Ronaldonu misal göstərməklə, Messiyə ironiya edib: 
 
"Əgər KONMEBOL Amerika kubokunu daha da populyar etmək istəyirsə, onda turnirə Avropa komandalarını dəvətə etməlidir. Məsələn, Fransa, İspaniya, Portuqaliya ki mi yığmalara dəvət göndərmək olar. 
 
Əgər onlar Portuqaliyanı turnirə dəvət etsələr, onda Kriştiano Ronaldo Amerika kubokunu Messidən daha tez qazanar”.