Ronaldo 3 titul da qazansa...

Ronaldo 3 titul da qazansa...

İdman
10 İyun 2019, 11:37 236
Portuqaliya yığması Hollandiyaya qalib gələrək (1:0) Millətlər Liqasının qalibi olub. 
 
Kaspi.az xəbər verir ki, bu qələbədən sonra Portuqaliya yığmasının lideri Kriştiano Ronaldonun qazandığı titulların sayı 31-ə çatıb. O, bu göstəricidə təkcə, Lionel Messidən geri qalır.
 
"Barselona”nın futbolçusu indiyə qədər 34 titul qazanıb. Maraqlıdır ki, Ronaldo 31 titulu 5 fərqli komandanın – "Sportinq”, "Mançester Yunayted”, "Real”, "Yuventus” və Portuqaliya yığmasının heyətində əldə edib. Ancaq Leo bütün titulları "Barselona”da qazanıb. 
 
Messi Argentina yığmasının heyətində 4 dəfə finala adlayıb və hamısında məğlub olub.