Ronaldinyonun pasportunu aldılar
"Barselona”nın
sabiq futbolçusu Ronaldinyo ciddi problemlə üzləşib.
Kaspi.az
xəbər verir ki, məhkəmə Ronaldinyonun pasportuna həbs tətbiq edib. Bu qərar futbolçunun
ödəyə bilmədiyi borca görə verilib.
2015-ci
ildə məhkəmə Ronaldinyonu, qadağan olunmuş ərazidə anbar və balıqçılıq platforması tikərkən
ekologiyaya vurduğu zərərə görə, 2,2 milyon avro cərimə edib. Ancaq Ronni bu
müddət ərizndə cəriməni ödəməyib. Bunu nəzərə alan məhkəmə, onu pasportdan məhrum
edib.
Ronaldinyo
karyerasını 2015-ci ildə "Fluminense”də bitirib.