• cümə axşamı, 28 mart, 23:12
  • Baku Bakı 13°C

Ronaldinyonun hesabında cəmisi 6 avro qalıb

06.11.18 12:15 637
Ronaldinyonun hesabında cəmisi 6 avro qalıb
Braziliya məhkəməsinin "Barselona”nın sabiq futbolçusu Ronaldinyonun pasportunun alınması ilə bağlı qərar çıxardıb.
Kaspi.az xəbər verir ki, Ronaldinyo və qardaşı Roberto 2 milyon avro cəriməni ödəmədikləri üçün belə qərar çıxarılıb. Onlar qadağan olunmuş ərazidə tikinti işləri aparmaqda və ekologiyaya zərər vurmaqda ittiham olunublar.
Ronaldinyonun zərərə görə girov qoyduğu əmlak kifayət etmədiyi üçün hakimiyyət onun bank hesabından bəlli məbləği çıxartmaq istəyib. Ancaq məlum olub ki, Ronaldinyonun bank hesabında cəmisi 6 avro var.
Bu rəqəm isə onun həyat tərzi ilə uyğunsuzluq təşkil edir. Bir neçə həftə əvvəl Ronaldinyo reklam çarxlarında çəkilmək üçün Yaponiya və Çində olub. Ondan da bir qədər əvvəl isə Avropa və Afrikaya baş çəkib. Noyabrın 17-də isə o, Frankfurtda keçiriləcək "Çempionların oyunu”nda iştirak edəcək.
Bundan başqa, məlum olub ki, "Nike” Ronaldinyo ilə əməkdaşlıq çərçivəsində buts istehsalına başlayıb. Bu əməkdaşlıqdan da futbolçuya vəsait ödənilməlidir. Ancaq bütün bu vəsaitlər onun hesabında yoxdur.
banner

Oxşar Xəbərlər