AZE | RUS | ENG |

Romni məğlubiyyətini etiraf etdi

Romni məğlubiyyətini etiraf etdi
ABŞ-da prezident seçkiləri rəsmən başa çatdı


Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Mitt Romni seçkilərdə məğlubiyyətini etiraf edib. “Associated Press” agentliyinin verdiyi məlumata görə, Romni Barak Obamaya zəng edərək onu qələbə münasibətilə təbrik edib.

Prezidentliyə keçmiş namizəd Obamaya zəngindən sonra tərəfdarlarına da müraciət edib: “Amerikanın qarşısında bir çox ciddi məsələ durur. Mən prezidentə ölkənin idarə edilməsində uğur arzu edirəm”.

Artıq ABŞ-ın bütün ərazisində seçkilər başa çatıb. Alyaska ştatındakı sonuncu seçki məntəqələri Bakı vaxtı ilə saat 10:00-da bağlanıb.

Ən son məlumata görə, Obama Seçicilər Kollegiyasının 303 seçici səsini qazanıb. Mitt Romnini isə 203 seçici səsinə ümid edə bilər. Prezident seçilmək üçün isə namizədlərdən biri 270 seçici səsi toplamalıdır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6952
GBP 1 İngilis funt sterlinqi 2.2343
TRY 1 Türk lirəsi 0.3567
KWD 1 Küveyt dinarı 5.6106
SEK 1 İsveç kronu 0.1921
EUR 1 Avro 1.9947
CHF 1 İsveçrə frankı 1.7152
USD 1 ABŞ dolları 1.7000