• cümə axşamı, 25 aprel, 09:19
  • Baku Bakı 14°C

Romario prezident olmaq istəyir

21.12.17 12:05 1206
Romario prezident olmaq istəyir
Braziliya yığmasının sabiq futbolçusu Romario korrupsiya ilə mübarizə aparmaq niyyətindədi.
Kaspi.az xəbər verir ki, Romario Braziliya futbolunda korrupsiyanın kökünü kəsmək istəyir. O, bunun üçün Braziliya futboluna rəhbərlik etmək fikrindədir.
Romario Braziliya Futbol Konfederasiyasında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır. 51 yaşlı Romario məsələ ilə bağlı fikirlərini də bildirib:
"Bu gün federasiya zinət üçün daha çox pul xərcləyir, nəinki futbol üçün. Biz korrupsiya "kranı"nın ağzını bağlamalıyıq. Gənc idmançıları maliyyələşdirməli, qadın futboluna, aşağı divizionlara yatırım qoymalıyıq”.
DÇ-1994-ün qalibi "Podemos" partiyasının üzvüdür və Braziliya parlamentində təmsil olunur.
banner

Oxşar Xəbərlər