Romantik əhval ruhiyyə, yoxsa realizmin gerçəkliyi?
Azərbaycan ədəbiyyatında
ədəbi cərəyanların ardıcıllığının dünya ədəbiyyatından fərqlənməsinə ədəbiyyatşünasların,
tənqidçilərin fərqli və oxşar yozumları var."Müzakirə”mizdə maraqlı yanaşmalar
ortaya çıxdı.
Tənqidçi, ədəbiyyatşünas alim Rüstəm Kamal hesab edir ki, bu məsələdə qəbahət heç nə yoxdur. Çünki ortaya çıxan problemlər, yəni ədəbi cərəyanların, hərəkatların, məktəblərin yaranması və təşəkkülü Azərbaycan ədəbiyyatında həmişə mövcud olan dövrləşdirmənin problemindən irəli gəlib. Digər tərəfdən, Azərbaycan ədəbiyyatının tənqidi realizm, romantizm cərəyanları müstəvisində inkişaf məntiqi Qərb və ya rus ədəbiyyatından fərqlidir: "İndiyə kimi bizdə realizmin və romantizmin yaranması, onun müddəti və ümumi xarakterini səciyyələndirən parametrlər bu gün də tam aydınlaşmayıb». Professorun fikrincə, romantizm bizdə bir qədər keçid dövrü ilə bağlı yaranıb. Realizmin yaranmasını isə başqa amillər sürətləndirib: "Məsələn, ola bilsin ki, bizdə realizmin tez qabağa düşməsi, Rusiyanın Qafqazı işğal etməsi ilə bağlıdır. Yəni bu işğalın yaratdığı etno, mədəni, siyasi, ədəbi kontekst Azərbaycan ədəbiyyatının özünü hansı cəmiyyətin, dövlətin mədəni irsi kontekstində hiss etməsi ilə bağlı idi. 19-cu əsrdə Azərbaycan şairləri üçün bir qədər çətin dövr idi. Yəni onlar bilmirdilər ki, İran, yoxsa Rusiya mədəni kontekstindədirlər. Bu da öz möhürünü vurdu və romantizmin təbii gəlişini bir qədər gecikdirdi. Əlbəttə, romantizm və realizmin təşəkkülü «Osmanlı ruzgarı», «İstanbul havası» ilə bağlı idi. Əgər bizdə realizm rus "mətni” ilə bağlıdırsa, romantizm isə daha çox İstanbul "mətni” ilə bağlıdır. Bu iki mətnin görüşü eyni dövrə düşdü. Sadəcə, 19-cu əsrdə Mirzə Fətəli Axundov sanki rus mədəniyyətinin və işğalının sifarişi oldu. Belə deyim, bu, gözlənilməz bir şans oldu və Axundov bütün kartların yerini dəyişik saldı. Romantizmlə realizmin yerinin qarışıq düşməsinin bir səbəbi də Mirzə Fətəli Axundzadədir”. Tənqidçinin fikrincə, 20-ci əsrin əvvəllərində ideoloji rakursun, mənəvi dəyərlərin dəyişməsi, ezoterik təlimlərin dəbdə olması ədəbiyyatın Qərbi Avropa mədəniyyəti ilə əlaqəsinin artmasına səbəb oldu: "Artıq Nitsşeni tərcümə edirdilər, «Zərdüşt belə söyləmişdi» əsərini oxuyurdular. Məsələn, Hüseyn Cavid bu əsəri oxumuşdu. Haşım bəy Vəzirov Şekspirdən «Otello»nu tərcümə etmişdi. Bütün bunlar o demək idi ki, Azərbaycan ədəbiyyatı türk poetik ədəbi ləhcəsi ilə, Avropa ədəbiyyatı ilə təmasa girirdi. Bu da 20-ci əsrin əvvəllərinə təsadüf etdi. Rus "havası” ilə İstanbul "havası” Azərbaycan ədəbi məkanında toqquşdu. Və iki ədəbi ovqat, iki ruhsal mədəni kontekstin toqquşması nəticəsində romantizmlə realizm bir araya gəldi. Bundan sonra da sosrealizm və digər cərəyanlar yarandı. Bu, bizdə romantizmin «vegitasiya» dövrünü bir qədər azaltdı. Romantizm təxminən keçən əsrin 40-cı illərinə qədər gəlib çatdı”. R.Kamalın fikrincə, romantizmin inkişafı üçün məkan da önəmlidir: "Ümumiyyətlə, Bakı şəhəri romantizm məkanı, yəni romantizm üçün yararlı landşaft deyil. Neft mədənləri arasında heç bir romantizm yarana bilməzdi. İstanbul, Paris, Sankt-Peterburq şəhərlərinin özündə bir romantizm var. Romantizm həm də şəhər mədəniyyəti ilə bağlı məsələdir. Bakı isə bir şəhər kimi o çağırışlara cavab vermirdi. Amma bizim xalq olaraq təbiətimizdə romantizm var. Bu, bizdə yaşasaydı, simvolizm də inkişaf edə bilərdi. Poeziyamızın dili də bir qədər fərqli olardı, zənginləşərdi. Romantizm dünya poeziyası ilə təması yaradırdı. Realizm isə buna imkan vermirdi, onun belə bir imkanı yoxdur. Romantizmin mahiyyətində poeziyanı ön plana çıxarmaq var. Yəni dövrün prozası romantik əhval-ruhiyyəni məhv elədi”.
Axınların bir-birini əvəzləməsi prosesi
Təranə Məhərrəmova
Osmanlı "havası”, rus "mətni”

Tənqidçi Əsəd Cahangirin fikrincə, 19-cu
əsrin ortalarına qədər Azərbaycan ədəbiyyatı Şərq ədəbiyyatı müstəvisində
inkişaf edib. Bu ədəbiyyatın da Qərb ədəbiyyatından fərqli olaraq, özünəməxsus
yolu var: "19-cu əsrin ortalarından etibarən Mirzə Fətəli Axundovun
yaradıcılığı timsalında Azərbaycan ədəbiyyatı Qərb ədəbiyyatı müstəvisinə keçməyə
başladı. Buna görə,Azərbaycan ədəbiyyatında müxtəlif yaradıcılıq metodlarının
bir-birini əvəzləməsində bir növ Qərb ədəbiyyatından fərqli olan cəhətlər
meydana çıxmağa başladı. Çünki Qərb ədəbiyyatı bu prosesi bir neçə əsr boyunca
keçmişdisə, Azərbaycan ədəbiyyatı bu prosesi böyük sürətlə keçməyə nail oldu. Nəticədə
Azərbaycan ədəbiyyatında romantizm, realizm, simvolizm, sentimentalizm və digər
cərəyanların, axınların bir-birini əvəzləməsində müəyyən xaos meydana çıxdı”. Tənqidçi
hesab edir ki, Qərb ədəbiyyatında öncə romantizm meydana gəlib. Belə ki, 18-ci əsrin
sonu 19-cu əsrin əvvəllərində romantizm özünü göstərib: "Qərbdə, xüsusən Fransa
ədəbiyyatında romantizm burjua inqilabından sonra və inqilab ərəfəsində
yaranıb. Çünki bu inqilab gələcəyə dair müəyyən arzular doğururdu. Bu
arzulardan da romantizm meydana gəldi. Napoleon hadisəsinin əsl mahiyyəti üzə
çıxdı. Məlum oldu ki, bu inqilab ədəbiyyatı xoşbəxtliyə aparmır. Sadəcə, yeni
bir tiranlığın, imperiyanın yaranmasından başqa heç nə ilə nəticələnməyib. Bir
növ romantik xülyalar iflasa uğradı. Beləcə, 19-cu əsrin 20-ci illərindən sonra
Stendalın, Balzakın, Floberin yaradıcılığında realizmə yer verildi. Yəni bədii
təfəkkür göylərdən yerə endi və əsl həqiqəti yendi». Cahangirin sözlərinə görə,
Azərbaycan ədəbiyyatı Qərb ədəbiyyatı yoluna 19-cu əsrdə qədəm qoyub: "Bu da
ona gətirib çıxarıb ki, Qərb ədəbiyyatında olan ardıcıl proses Azərbaycan ədəbiyyatında
getmədi. Tutaq ki, Azərbaycan ədəbiyyatında Axundovun, Nəcəf bəy Vəzirovun
timsalında realizm var idi. Artıq bunlar realizm nümunələri idilər. Bunlardan
sonra birdən-birə Cavidin, Hadinin romantizmi və 20-ci əsrin əvvəlindəki
romantizm meydana gəldi. Bu, ondan irəli gəlir ki, artıq Azərbaycan yazıçısının
gözü qarşısında Qərb ədəbiyyatının keçdiyi hazır bir müstəvi var idi. Azərbaycan
yazıçısının fərdi münasibətindən də çox şey asılı idi. Yəni onun fərdi zövqünə
və dünyagörüşünə uyğun olaraq, Axundov kimi realist, Cavid kimi romantik ola
bilərdi. Ona görə, Azərbaycan ədəbiyyatında demək olmazdı ki, romantizm
realizmdən sonra gəlirdi. Əslində ikisi bir yerdə mövcud idilər. Məsələn,
realist satirik şair Mirzə Cəlillə yanaşı, həm də Hüseyn Cavid, Məhəmməd Hadi
mövcud idi. Eyni zamanda, sentimental üslubda yazan Divanbəyoğlu mövcud idi.
19-cu əsrin axırları, 20-ci əsrin əvvəllərində bunlar paralel şəkildə özünü
göstərirdi. Mən məsələyə belə yanaşmağın daha çox tərəfdarıyam”. Tənqidçinin
fikrincə, sonralar da bədii fikrin inkişaf yolu süni bir qaydada kəsilib. Belə
ki, sosialist realizmi meydana gəlib:
"Bu, əslində bədii fikrin daxili inkişaf məntiqindən doğmurdu, kənardan ona təlqin
edilən ideya nəticəsində meydana çıxmışdı. Siyasi ideologiyanın ədəbiyyata
müdaxiləsi nəticəsində yaranmışdı. Ona görə, mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatının
metodlar üzrə, qanunauyğun inkişafının tarixi şəraitdən asılı olaraq spesifik
xüsusiyyətləri var. Bu xüsusiyyətlər də, əsas iki hadisə ilə balıdır. Belə ki,
uzun müddət Şərq ədəbiyyatı müstəvisində olmuşuq. Yalnız 19-cu əsrin
ortalarından etibarən Qərb ədəbiyyatı yoluna keçməyə başlamışıq. Təxminən yarım
və ya bir əsrlik inkişafdan sonra təbii inkişaf yenidən pozulub, 20-ci illərdə
sovet hakimiyyəti qurulub. Ona görə də, bu proses bizdə heç vaxt təbii yolu ilə
getməyib. Tutaq ki, 20-ci əsrin 60-cı illərindən sonra ədəbiyyatın inkişafı müəyyən
təbii məcraya düşsə də, yenə də müəyyən axınlar özünü tam göstərməyib. Bəziləri
sosialist realizmi, bəziləri modernist, bəziləri psixoloji realizm, bəziləri də
magik realizm üslubunda yazıblar. Bəziləri 20-ci əsrin sonunda post-modernizmə
keçiblər. Məncə, axınların bir-birini əvəzləməsi prosesi hələ də tam məcrasına
düşməyib”. Tənqidçinin fikrincə, Qərb ədəbiyyatında da hamı eyni zamanda
realist və ya romantik olmayıb. Məsələn, Viktor Hüqo ilə Jorj Sand romantik
yazıçılar idilər. Onların Stendal, Balzak kimi realist, Emil Zolya kimi
naturalist müasirləri vardı: "Modernist şair Artur Rembo da onların müasiri
idi. Bu məsələdə hər yazıçının fərdi mövqeyindən də çox şey asılıdır”.
Romantizmin Azərbaycan ədəbiyyatında 20-ci əsrin əvvəllərində meydana gəldiyini
deyən tənqidçinin fikrincə, bu, Azərbaycan xalqının milli təfəkküründə meydana
çıxan bir hadisə idi: "Çünki romantizmin mahiyyətində bu dayanır. Cavidin,
Hadinin, Abbas Səhhətin və digərlərinin yaradıcılığı meydana çıxmışdı və vətən
mövzusu onlarda xüsusi yer tuturdu. Yəni onların könüllərinin «Sevgili məhbubi»
vətən idi». Romantizm xalqın milli özünüdərki, gələcəyə olan ümidləri,
arzuları, xoşbəxt xəyalları ilə bağlı idi”.
Əsas problem: gerçəklik və ona yanaşma tərzi
Tənqidçi Elnarə
Akimova hesab edir ki, ümumiyyətlə, ədəbiyyatın
qarşılaşdığı əsas problem gerçəklik və ona yanaşma tərzidir: "Bugünkü ədəbiyyat
yeni tipoloji hadisədir. Yalnız ictimai-ideoloji mühitin, ədəbi-bədii,
estetik-mənəvi dəyərlərin təbəddülata uğraması deyil, daha dərin izahları olan
məsələdir. Çağdaş ədəbiyyat daha çox Qərb-dünya ədəbiyyatının təsirində var-gəl
etmədədir. Belə bir hal təbii ki, M.F.Axundzadə zamanından başlayaraq, realizm
poetikasının mükəmməl, milli keyfiyyətləri ehtiva edən XX əsrin əvvəlləri üçün
də xarakterik idi. Amma həmin dövrlərdə yazıçılar dünya nəsrindən birbaşa milli
problematikaya nüfuz üçün yararlanır, dövrün maarifçilik, qadın azadlığı,
mövhumatla mübarizə məsələlərini qabartmaqla problematik zərurətdən estetik müəyyənliyə
qədər yol gəlirdilər.Bu günün də öz çeşidli problemləri var, amma
yazıçı özünü bunlardan azad edib. O, özünü hansısa sosial sifarişin ruporu
olmaqdan uzaqlaşdırıb”. Tənqidçiyə görə, ədəbiyyat daha çox simvolların dili ilə
danışmağı tərcih edir: "Tarixə dönüş, mifolojiyə meyil, irreal aləmlər,
fantastik dünyalar, fövqəltəbii qüvvələrin aparıcı olması... Əksəriyyəti də törəmə
yox, təsir xarakterlidir. Milli zəmin zəif hiss olunur. Milli tarixin dərinlərindən
gəlmədiyinə görə, ədəbiyyat faktına çevrilə bilmir. Ədəbiyyat taleyimizdə müəyyən
izlər buraxmış dövrün dərinlərinə enməyə çox səy göstərmir, müstəqillikdən
sonrakı illərin gerçəklərinə dözümlü şəkildə yaşamır. Düzdür, qazanılanları da
inkar edə bilmərik. Ədəbiyyat daha çox təhtəlşüura enib, ədiblərimizin
yaradıcılıq ruhu daha dərinlərə varıb, mifoloji kontekstin fərqli təzahürləri
verilir. Buna baxmayaraq,çağdaş insan darıxır, yazıçı darıxır,
obrazları darıxır. Çıxış yolu nədir, nədədir? Bu suallara cavab aranmır. Həyatda
itirilənlərin ruhi ovunmasını təmin edən proobrazı yaratmağa daha çox
çalışmalıdır ədəbiyyat”. E.Akomovanın fikrincə, müəyyən istisnalar var, xüsusən
hekayə janrında bunun təzahürlərini verən nümunələr çoxdur: "Amma ümumən proses
səciyyəli deyil, mövzunun romantik-sentimental pafosla həlli daha qabarıqdır.
Ona görə milli həyatımızın təzadları ədəbiyyatımızın daxili məzmununa çevrilə
bilmir, həzm olunmur. Bunun səbəbini yazıçıların özləri dəfələrlə belə izah
ediblər: indi həyat ədəbiyyatı geridə qoyur, baş verən reallıqlar sənətdəki
reallığı üstələyir. Məncə, bütün dövrlərdə həyatın işləkləri amansız və mürəkkəb
olub. Burda yalnız güclü yazıçı müşahidəsinə, nasir həssaslığına və ümumiləşdirmə
bacarığına ehtiyac var.Mövcud gerçəklərin dəf edilməsinə, onun üzərində
qalib olmaq əzminə qadir ədəbiyyat meydana qoymağın yolu bunlardan
keçir”.
Təranə Məhərrəmova