• cümə, 29 Mart, 03:40
  • Baku Bakı 7°C

Roman Heydərov Avropa çempionatının qızıl medalını qazanıb

09.02.19 12:00 596
Roman Heydərov Avropa çempionatının qızıl medalını qazanıb
Danimarkanın Aalborq şəhərində 14-15 yaşlı yeniyetmələr və 16-18 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında 11-ci Avropa çempionatı davam edir.
AZƏRTACxəbər verir ki, Azərbaycan karateçisi Roman Heydərov 18-21 yaşlı gənclər arasında kata yarışında qızıl medal qazanıb.
Digər təmsilçimiz Tale Yaqubov (63 kq) Milan Farkası (Macarıstan), Avais Atmanı (İsrail) və Dominik Kocandrleni (Çexiya) məğlub edərək ikidəbir finala vəsiqə qazanıb. Bu mərhələdə karateçimiz daha bir rəqibi Ben Voodsu (Şotlandiya) məğlub edərək finala çıxıb.
Həlledici qarşılaşmada o, Leon Gaydukla (Latviya) gücünü sınayacaq.
banner

Oxşar Xəbərlər