• cümə axşamı, 25 aprel, 19:18
  • Baku Bakı 21°C

“Roma” “Qarabağ”ın “qurbanı” ilə razılaşdı

23.07.18 10:55 486
“Roma” “Qarabağ”ın “qurbanı” ilə razılaşdı
İsveç yığmasının və "Kopenhagen”in qapıçısı Robin Olsen karyerasını İtaliyada davam etdirəcək.
Kaspi.az xəbər verir ki, "Roma” Alison Bekeri "Liverpul”a satdıqdan sonra qapıçı mövqeyində yaranan boşluğu Olsenlə doldurmaq qərarına gəlib. Artıq klublar arasında razılıq əldə olunub.
Olsenin sabah İtaliyaya gedəcəyi və tibbi baxışdan keçəcəyi gözlənilir. "Roma” 28 yaşlı qapıçıya görə 11,5 milyon avro ödəyəcək.
Olsen DÇ-2018-də İsveç yığmasının heyətində 5 oyun keçirib, 4 qol buraxıb. "Kopenhagen” ötən il ÇL-in pley-off mərhələsində "Qarabağ”a məğlub olmuşdu.
banner

Oxşar Xəbərlər