• cümə, 19 Aprel, 08:47
  • Baku Bakı 13°C

"Roma" - "Qarabağ" oyunu alman hakimlər idarə edəcək

04.12.17 09:40 1834
"Roma" - "Qarabağ" oyunu alman hakimlər idarə edəcək
UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turunda keçiriləcək "Roma" - "Qarabağ" oyununun hakimləri açıqlanıb.
Trend-in UEFA-ya istinadən verdiyi məlumata görə, oyunu alman hakimlər idarə edəcək.
Görüşün baş hakimi Tobias Ştiler olacaq. Ona Mayk Pikel və Yan Sidel kömək edəcəklər. Əlavə köməkçi hakimlər Bastian Dankert və Harm Osmers olacaq. Dördüncü hakim funksiyasını Kristian Gittelmann yerinə yetirəcək.
Dekabrın 5-də keçiriləcək "Roma" - "Qarabağ" oyunu saat 23:45-də başlayacaq.
banner

Oxşar Xəbərlər