AZE | RUS | ENG |

Roma Papası Vatikanda imam Musa Sədrin bacısı ilə görüşüb

Roma Papası Vatikanda imam Musa Sədrin bacısı ilə görüşüb
Roma Papası Fransisk Vatikanda imam Musa Sədrin bacısı Rəbab Sədrlə görüşüb.
AZƏRTAC xəbər verir ki, Roma Papası adətən dövlət başçılarını və səfirləri qəbul edir. Onun Yaxın Şərqin şiə liderinin bacısını qəbul etməsi beynəlxalq mətbuatın əsas xəbərinə çevrilib. Görüş zamanı Rəbab Sədr dünya katoliklərinin liderindən qardaşının tapılmasına kömək göstərməsini xahiş edib.
Qeyd edək ki, Livanda yaşayan Ayətullah Musa Sədr siyasi və dini lider kimi çox nüfuzlu şəxs olub. Yaxın Şərq ölkələrinin siyasi həyatına böyük təsir imkanına malik M.Sədr 1978-ci ilin avqustunda naməlum şəraitdə itkin düşüb. Həmin dövrdə Livan mətbuatı yazırdı ki, Liviyaya səfər edən M.Sədr Müəmmar Qəddafinin əmri ilə həbs edilərək Sabah şəhərinin həbsxanasına salınıb və bir müddətdən sonra elə məhz onun əmri ilə güllələnib. Lakin M.Sədrin ailəsi və tərəfdarları araşdırma apararaq onun Sabah şəhərinin həbsxanasında olmadığını bildiriblər. Həmin il Ərəb Dövlətləri Liqası M.Sədrin tapılması ilə əlaqədar komissiya yaratmışdı. Lakin bu günə qədər komissiya M.Sədrin taleyi barədə ictimaiyyətə heç bir məlumat verməyib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9005
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6843
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2798