• cümə axşamı, 28 mart, 22:28
  • Baku Bakı 13°C

Roma Papası Prezident İlham Əliyevi təbrik edib

27.05.19 15:45 400
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
Roma Papası Fransisk Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaq mənim üçün yaranmış xoş fürsətdir. Ulu Tanrıdan diləyim odur ki, həmrəylik və ədalət naminə apardığımız ümumi işlərimizdə qoy bizə dəstək olsun, ölkənizin vətəndaşları ailə səadətinə və sosial rifaha qovuşsun, gəncləriniz gələcəyə ümidlə yaşasınlar.
Zati-alinizə, hökumətinizin üzvlərinə, o cümlədən bütün Azərbaycan xalqına Ulu Tanrının xeyir-duasını diləyirəm".
banner

Oxşar Xəbərlər