• şənbə, 20 Aprel, 03:11
  • Baku Bakı 15°C

Roma Papası Fransisk KXDR-ya səfər etmək istəyir

15.10.18 09:45 353
Roma Papası Fransisk KXDR-ya səfər etmək istəyir
Roma Papası Fransisk 2019-cu ilin yazında Koreya Xalq Demokrtaik Respublikasına (KXDR) səfər etmək istəyir.
Trend-in məlumatına görə, bu barədə "Yonhap News" agentliyinə Cənubi Koreyanın hakim Demokrtaik partiyasının rəhbəri Li Xve Çxan bildirib.
Agentliyin məlumatında deyilir: "Li Xve Çxan bildirib ki, onda olan məlumata görə, Roma Papası gələn yaz Şimali Koreyaya səfər etmək istəyir".
Qeyd edək ki, Cəbuni Koreya prezidenti Mun Çje İn 12-21 oktyabr tarixlərində Avropa ölkələrinə, o cümlədən Fransa, İtaliya, Vatikan, Belçika və Danimarkaya səfər edəcək. Prezident administrasiyasının məlumatına əsasən, Mun Çje İn Vatikana səfəri zamanı Roma Papasına KXDR lideri Kim Çen Inın dəvətini verəcək.
banner

Oxşar Xəbərlər