• cümə, 19 Aprel, 21:52
  • Baku Bakı 24°C

Rodriqo Labardini: Xalqlar bir-birinin təcrübəsini bölüşməlidirlər

16.04.19 15:00 415
Rodriqo Labardini: Xalqlar bir-birinin təcrübəsini bölüşməlidirlər
Bakıda üçüncü dəfə təşkil olunacaq "İMAGİNE” festivalda iştirak edən bir çox ölkələrin nümayəndələri bir-birinin təcrübəsindən bəhrələnir, bu da xalqlarımız arasındakı mədəni əlaqələrin yaranması və inkişafında mühüm rol oynayır. Məsələn, mən Azərbaycana yeni gələndə burada tanış bir bitki gördüm. Bizdə ona "estraqon” deyirlər. Sizdə isə bu bitkinin adı tərxundur. Başqa bir misal da deyim. Meksikada "verdolaqa” adlı bitki var. Mən həmin bitki ilə burda da rastlaşdım. Sizdə isə buna pərpətöyün deyirlər. Azərbaycanda ondan şoraba qoyurlar, Meksikada isə pərpətöyünü tavada qovururlar. Belə oxşar bitkilər və ya hansısa hadisələrlə qarşılaşanda insanlar çalışır ki, bir-birindən nəyisə öyrənsin.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.
"Bu, o deməkdir ki, xalqlar bir-birinin təcrübəsini bölüşməlidir. Bütün bunlar həyatımızın digər sahələrində də belədir, istər mətbəximizdə, istərsə də ictimai, mədəni həyatımızın başqa sahələrində. Bu təcrübə mübadilələri bizi bir-birimizə yaxınlaşdırdıqca çox şeylər öyrənirik. Bunları bilmək lazımdır. Bunlar hələ eyni bitkilərdi. Biləndə ki, hansısa bir xalq bu bitkilərdən nə məqsədlə və hansı formada istifadə edir, o zaman biz bir-birimizdən daha çox şeylər öyrənir və bir yerdə inkişaf edirik.
Mənim bu festivalda ən çox xoşuma gələn o oldu ki, Portuqaliya, Meksika, Avropa İttifaqı ölkələrindən olan iştirakçılar öz nümunələrindən misallar gətirirlər, bu da xalqlarımızı bir-birinə yaxınlaşdırır”, - deyə diplomat vurğulayıb.
Xatirladaq ki, üçüncü "İMAGİNE” tolerantlıq və mədəni müxtəliflik festivalı mayın 1-dən 15-dək keçiriləcək. Festival Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Avropa İttifaqına üzv ölkələrin və Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail səfirliklərinin "United Cultures” ilə əməkdaşlığı çərçivəsində reallaşacaq.
banner

Oxşar Xəbərlər