Robinyo 9 illik həbs olundu
Braziliya yığması və "Milan" futbol klubunun sabiq futbolçusu Robinyo zorlamaya görə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Trend-in ANSA nəşrinə istinadən verdiyi məlumata əsasən, hadisə 22 yanvar 2013-cü il tarixində Milan şəhərində baş verib.
Milan məhkəməsi 33 yaşlı futbolçunu və daha 5 nəfəri 22 yaşlı alban qızı qrup şəklində zorlamada müqəssir bilib.