AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Robert Sekuta Azərbaycanın hərbi pilotları ilə görüşüb

Robert Sekuta Azərbaycanın hərbi pilotları ilə görüşüb

Təfsilat
14 Aprel 2015, 09:42 813
Robert Sekuta uçuş simulyatorunda pilotluq bacarığını yoxlayıb

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları ilə görüşüb.

APA-nın məlumatına görə, bu barədə səfirliyin rəsmi “Twitter” hesabında məlumat verilib.

Görüşdə pilotların Azərbaycanın müdafiəsi uğrunda xidmətləri və ikitərəfli münasibətlərin gücləndirilməsi yolları müzakirə edilib.

Səfirliyin “facebook” hesabında isə qeyd olunur ki, səfir Robert Sekuta Kürdəmirdə yerləşən bazada Hərbi Hava Qüvvələrinin pilotları və peşəkarları ilə görüşüb.

Görüşdə onların Azərbaycanın müdafiəsinə verdiyi xidmətlər nəzərdən keçirilib.

Səfir bazanın komandiri ilə birlikdə uçuş simulyatorunda pilotluq bacarığını yoxlayıb, pilot kabinəsindən SU-25 təyyarəsi barədə bilgi alıb.