• cümə, 29 Mart, 19:35
  • Baku Bakı 14°C

Robert Sekuta: "Azərbaycan hökuməti "ASAN Xidmət" daxil olmaqla, bir sıra vacib tədbirlər görüb”

17.10.17 16:00 1277
Robert Sekuta: "Azərbaycan hökuməti "ASAN Xidmət" daxil olmaqla, bir sıra vacib tədbirlər görüb”
"Son 25 ildə Amerika ilə Azərbaycan arasında iqtisadi sahədə işbirliyi son dərəcə möhkəm olub".
APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunmuş işgüzar yemək zamanı çıxışında deyib.
R.Sekuta bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın qeyri-neft diversifikasiyası cəhdlərini dəstəkləyib: "ABŞ şirkətləri Azərbaycanın pərakəndə satış, konsaltinq, kənd təsərrüfatı, istehlak malları, aviasiya, mühəndislik, proqram təminatı və hidrokarbon sektorlarına, eləcə də bir çox digər sektorlara cəlb edilib. Azərbaycana dünya iqtisadiyyatındakı bu çətin rəqabətdə köməklik göstərmək üçün mən bəzi xüsusi məqamları qeyd etmək istərdim. Bu istiqamətdə birinci məqam şəffaflığın artırılması və məlumat axınının təkmilləşdirilməsidir. Bundan başqa, hər bir ölkədə qanun-qayda məsələlərində şəffaflıq, qabaqcadan xəbər verə bilmə də son dərəcə vacibdir. Məsələn, istənilən ölkədə vergi sistemi qabaqcadan xəbər verilə bilən, şəffaf və qaydalara əsaslanan olmalıdır. Vergi məsələlərində dəyişkənlik sahibkarlığın, kapital qoyuluşunun və əlbəttə ki, istənilən biznesin qabağını alır. Hər bir ölkədə korrupsiya ilə mübarizənin davam etdirilməsinin vacibliyini də xüsusi qeyd etməliyəm. Qeyri-qanuni ödənişlər və digər bu cür fəaliyyətlər fondları tükəndirir, mütəxəssisləri nüfuzdan salır və xarici sərmayəçiləri fikrindən daşındırır. Azərbaycan hökuməti vətəndaşları üçün şəffaf və səmərəli şəkildə, artan sayda xidmətlər təmin edən "ASAN Xidmət" təşəbbüsünün yaradılması və genişləndirilməsi də daxil olmaqla, bir sıra vacib tədbirlər görüb”.
R. Sekutanın sözlərinə görə, ölkənin sərmayə cəlb etmək və saxlamaq qabiliyyətini, iqtisadi və ümumi inkişafını sürətləndirmək üçüncü açar müstəqil məhkəmə hakimiyyəti və güclü hüquq sistemidir: "İşgüzar adamların hüquq sisteminə və əlaqədar qurumlara inamı olmalıdır”.
Səfir vurğulayıb ki, son 25 ildə 7 mindən çox azərbaycanlı ABŞ dövləti tərəfindən maliyyələşdirilən proqramlar üzrə Birləşmiş Ştatlarda təhsil alıb.
banner

Oxşar Xəbərlər