• çərşənbə, 24 Aprel, 12:50
  • Baku Bakı 27°C

Robert Prosineçki: “Həm nəticədən, həm də oyundan razı qaldım”

04.09.17 23:33 1060
Robert Prosineçki: “Həm nəticədən, həm də oyundan razı qaldım”
"Norveçə məğlubiyyətdən sonra komandam yaxşı futbol oynaya bildyini göstərdi. 90 dəqiqə ərzində üstün idik”.
Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinonu qəbul edən yığmamız 5:1 hesablı qələbəyə sevinib.
Matçdan sonra mətbuat konfransı keçirən Prosineçki qalibiyyəti şərh edib: "2-3 qoldan sonra arxayınlaşmadıq. Hücumları davam etdirdik və yenə qollar vurduq. Şadam ki, komandam bu gün özünə inandı və 90 dəqiqə ərzində gözəl futbol nümayiş etdirdi. Məndə olan məlumata görə, Azərbaycan yığması ilk dəfə 5 qol vurdu. Həm nəticədən, həm də oyundan razı qaldım. Bizi oktyabrda 2 oyun gözləyir. Evdə Çexiya, səfərdə Almaniya ilə qarşılaşacağıq. Çexiyadan səfərdə 1 xal almışdıq. Onlara qarşı evdə də yaxşı oyun göstərməliyik. Almaniyaya gəlincə, özümüzü aldatmayaq, o komandanın gücündən xəbərdarsınız. Almanlarla görüşdə məqsəd özümüzü yaxşı tərəfdən göstərmək olacaq”.
banner

Oxşar Xəbərlər