Robert Prosineçki

Robert Prosineçki "Bursaspor"da?

İdman
23 Yanvar 2017, 21:11 796
Hamza Hamzaoğlunu istefaya göndərən "Bursaspor” klubu baş məşqçi axtarışını yekunlaşdırıb.
 
Apasport.az saytı xəbər verir ki, Türkiyə mətbuatında "ağ-yaşıllar”ın Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə anlaşdıqları barədə xəbər yayılıb.  

 
Məlumatda bildirilir ki, "Bursaspor” rəhbərliyi bu gün xorvatiyalı çalışdırıcı ilə görüşüb və tərəflər arasında 2,5+1 illik müqavilə imzalanıb. Əvvəllər Türkiyənin "Kayserispor” klubunu çalışdırmış Prosineçkinin qarşıdakı günlərdə bu ölkəyə yollanaraq, rəsmi müqaviləyə qol çəkəcəyi qeyd olunub. 
 
"Bursaspor” rəsmilərindən heç kim məsələ ilə bağlı rəsmi açıqlama verməyib. 
 
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə əməkdaşımızla söhbətində məlumatı təkzib edib: "Boş xəbərdi. Prosineçki "Bursaspor"a gedə bilməz, çünki bizimlə müqaviləsi var. Onu "Bursaspor" yox, millimizin martda Almaniya ilə keçirəcəyi oyun maraqlandırır".
 
Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabr ayından Azərbaycan yığmasını çalışdırır.