• cümə, 29 Mart, 11:22
  • Baku Bakı 5°C

Robert Köçəryanın “başını” tələb edirlər

08.03.18 09:00 570
Robert Köçəryanın “başını” tələb edirlər
"Mən "1 mart” qətliamı ilə bağlı Robert Köçəryanın istintaq dindirilməsinə çağırılması barədə yazılı surətdə Ermənistanın baş prokuroruna müraciət etmişəm”. Bu sözləri özünün "facebook” səhifəsində "Çıxış” blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bəyan edib. "Mən tələb edirəm ki, baş prokuror, Robert Köçəryanın dindirilməsi üçün zəruri tədbirlər görsün, - deyə N.Paşinyan bəyan edib. Blokun rəhbəri Nikol Paşinyan bildirib ki, onların məramı 2008-ci il mart hadisələri zamanı törədilən qətllərin üzə çıxarılmasıdır. Əlavə edib ki, hakimiyyətə həmin hadisələrlə bağlı "səhifənin” qapanmadığını və günahkarlar məhkəmə qarşısında dayanmayana qədər prosesin davam edəcəyini sübut etmək istəyirlər. Onun sözlərinə görə, 2008-ci il 1 mart hadisələri açılmadan Ermənistanda ədalətli seçkilərdən söhbət gedə bilməz. "2008-ci ildə də Sarkisyan hakimiyyətə seçkiləri saxtalaşdırmaq yolu ilə gəlmişdi və o vaxt bu, ölkədə qarşıdurmaya səbəb olmuşdu. Sarkisyanın hər dəfə seçkiləri saxtalaşdırması və hakimiyyəti qoruyub saxlamağa cəhd etməsi buna etiraz edən xalqın, siyasi güclərin meydana çıxmasına gətirib çıxaracaq. 2008-ci ildə də belə olmuşdu və xalq Sarkisyanın seçkiləri saxtalaşdırmaq yolu ilə prezident seçilməsinə etiraz edərək küçələrə çıxmışdı”, - deyə o bildirib.
"1in.am” informasiya agentliyində dərc olunan məqalədə qeyd edilir ki, "Çıxış” bloku 1 mart mövzusunda parlament dinləmələrinin keçirilməsi təşəbbüsü ilə çıxış edib və gözlənilmədən hakim Respublika Partiyası da müxalifətin bu təşəbbüsünün gündəliyə salınmasını dəstəkləyib. Bundan əlavə, parlamentin 1 mart hadisələri ilə bağlı müvəqqəti komissiyasının keçmiş rəhbəri Samvel Nikoyan açıq şəkildə bəyan edib ki, Robert Köçəryanı istintaqa çağırmaq zəruridir. Görünür, burada hakim partiyanın öz maraqları var. Təşəbbüsü müxalifətin əlindən almaq niyyətinə düşən Serj Sarkisyan, bununla Köçəryanı zərərsizləşdirməyə çalışa bilər. Belə bir sual ortaya çıxır - nə üçün Sarkisyan indi birdən birə 27 oktyabr "silahını” Köçəryana qarşı istifadə etməyə çalışır - bu ayrıca analiz tələb edir. Ən ağlabatan versiya odur ki, Serj Sarkisyan bununla hakimiyyəti Köçəryanın kadrlarından təmizləməyə çalışır.
O ki qaldı Paşinyanın bəyanatına – bunu daha çox Sarkisyana ünvanlanan mesaj kimi qəbul edirlər. "1in.am” qeyd edir ki, Robert Köçəryanın "başını” tək ictimaiyyət və müxalifətin bir hissəsi deyil, həm də hakimiyyətin bir çox seqmentləri də tələb edir. O qüvvələr 1 Mart yükündən birdəfəlik yaxa qurtarmağa çalışır. Əgər 1 Mart Köçəryanın "ayağına” yazılsa, bu hakimiyyətin xarakterini köklü şəkildə dəyişmiş olacaq. Həm də "Çıxış” blokunun həyat fəaliyyətini artırmış olacaq. Bu, hakimiyyətlə müxalifət arasında yeni münasibətlərin başlanğıcı olacaq. Minimum müxalifət-iqtidar dialoqu üçün meydança yaranmış olacaq”.
Ölkəə isə yeni gərginlik meydanına çevrilə bilər. Prezident seçkilərinə elə də əhəmiyyət verməyən müxalifət, Sarkisyanın baş nazirliyinə qarşıdır. Ermənistanın hakim partiyası ötən gün digər siyasi qrupları baş nazirliyə namizədlərini irəli sürməyə çağırıb. Bu ay ölkədə konstitusiya islahatı tamamlanır və baş nazir ölkənin ali postuna çevriləcək. Ermənistanın Respublika Partiyasının parlament fraksiyasının rəhbəriVahram Baqdasaryandeyib ki, partiyası müxalifətin namizədlərinin müzakirəsinə hazırdır, amma başqa partiyalardan namizəd irəli sürən olmayıb.
Baqdasaryanın fikrincə, hakim partiyanın lideri, prezidentlikdən getməkdə olan Serj Sarkisyan ölkənin növbəti baş naziri olmağa hamıdan çox layiqdir. Baqdasaryan deyib ki, Sarkisyan bu ağır "yükü” hamıdan yaxşı daşıya bilər. Hakim partiyanın bir neçə üzvü də Sarkisyanın baş nazirliyə namizədliyini dəstəklədiyini bildirib. Elə onun özü də belə bir ehtimalı istisna etməyib. Amma 2014-cü ildə demişdi ki, təklif etdiyi konstitusiya dəyişikliklərinə uyğun olaraq, Ermənistan parlament respublikasına çevrilərsə, o, baş posta iddia etməyəcək. Koalisiya tərəfdaşı Daşnaksütunla birlikdə, hakim partiya parlament çoxluğuna sahibdir və rahatlıqla öz namizədini ölkənin baş naziri postuna gətirə biləcək. Amma Ermənistanın azı bir müxalifət qrupu Sarkisyana xəbərdarlıq edib ki, hakimiyyətdən kənar dursun. "Serj Sarkisyan vədinin ziddinə gedərək baş nazirliyə namizədliyini versə, bu, ölkədə siyasi durumu kəskin gərginləşdirə bilər”, – parlamentdəki müxalif "Çıxış” fraksiyasının rəhbəriNikol Pashinyandeyib. "Çıxış” alyansı, Sarkisyan baş nazir olarsa, küçə etirazları planlaşdırır. Amma Baqdasaryan belə küçə etirazlarının kütləvilik qazanmayacağını söyləyib. Onun fikrincə, müxalif alyansı parlament platformasından istifadə etsə, daha yaxşı olar. "Siyasəti küçəyə daşımaq heç vaxt nəticə verməyib, nə ölkənin inkişafı, nə də konkret siyasi qrupun inkişafı baxımından səmərəli olmayıb”, – Baqdasaryan deyib. Ermənistanın yeni Konstitusiyasına uyğun olaraq, aprelin 9-da, Sarkisyanın prezidentlik səlahiyyəti bitincə, hökumət istefaya gedəcək. Ondan sonra parlamentdəki siyasi partiyalar bir həftə içində baş nazir postuna namizədlərini irəli sürəcəklər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər