• cümə, 19 Aprel, 19:01
  • Baku Bakı 24°C

Robbenlə Riberi dostlaşıblar?

31.03.17 10:35 953
Robbenlə Riberi dostlaşıblar?
"Bavariya”nın prezidenti Uli Höness komandanın yarımmüdafiəçiləri Aryen Robbenlə Frank Riberinin münasibətləri barədə məlumat verib.
Kaspi.az xəbər verir ki, prezident hər iki futbolçunu tərifləyib. Höness bu futbolçuların artıq xoş münasibətdə olduqlarını vurğulayıb: "Bu illər ərzində onların hər ikisi müdriklik nümayiş etdirdilər. Bir neçə il əvvəl Riberi ilə Robbenin dost olacağını təsəvvür etmək mümkün deyildi. İndi isə onlar dostdurlar”.
Riberi ilə Robben bir neçə dəfə mübahisə ediblər. Onlar ilk dəfə 2012-ci ildə Çempionlar Liqasının yarımfinalında "Real”la keçirilən oyunda mübahisə etmişdilər. Paltardəyişmə otağına gedərkən isə onlar əlbəyaxa olmuşdular.
banner

Oxşar Xəbərlər