Riyaziyyatı zəif bildiyi üçün imtina ediblər
"Real”ın
qapıçısı Tibo Kurtua 2010-cu ildə "Hoffenhaym”a keçə bilərmiş.
K aspi.az xəbər
verir ki, bu barədə məlumatı "Hoffenhaym”ın sabiq skautu, hazırda "Fortuna”da
idman direktoru olan Luts Pafennenştil
verib. Amma klub rəhbərliyi onu sadə bir səbəbə görə transfer etməyib:
"Biz Kurtuanı
izləyirdik. Biz onunla müqavilə bağlamağa yaxın idik. Ancaq sonradan onun
riyaziyyat fənni ilə bağlı məktəbdə problemi yarandı. Ona görə də bu transferdən
imtina etdik”.
Kurtua peşəkar
karyerasını 2009-cu ildə "Genk”də başlayıb. İki il sonra isə "Çelsi”yə keçib.
Amma ilk 3 ili icarə əsasında "Atletiko”da oynayıb. 2018-ci ildə "Real”a
transfer olunub.