• cümə, 19 Aprel, 22:01
  • Baku Bakı 24°C

Riyazi şansı qalıb, ÇL-i qazanmalıdır ki...

30.06.20 15:30 786
Riyazi şansı qalıb, ÇL-i qazanmalıdır ki...
"Barselona” baş məşqçisi Kike Setenlə mövsümün sonunda yolları ayıra bilər.
Kaspi.az xəbər verir ki, "Barselona”da direktorlar şurasının iclası keçirilib. İclasda komandanın son dönəmdəki uğursuzluğu müzakirə edilib.
Rəsmilər komandanı n oyun keyfiyyətinin aşağı düşdüyünü bildiriblər. Onlar Kikenin paltardəyişmə otağı ilə əlaqəsinin itməsindən də narahat olduqlarını bildiriblər.
İclasda qərar qəbul edilib ki, vəziyyəti daha da dramatikləşdirməmək üçün ictimaiyyət qarşısında Kikeyə dəstək nümayiş etdirilsin. Amma vəziyyət daha da pisləşərsə, onu "Barselona B” komandasını çalışdıran Xaviq Qarsiyanın əvəzləməsi variantı da nəzərdən keçirilib.
Amma iclasda qeyd olunub ki, Setenin klubda qalmaq üçün riyazi şansları da var. Bunun üçün "Barselona” Çempionlar Liqasını qazanmalıdır.
banner

Oxşar Xəbərlər