• cümə, 29 Mart, 13:55
  • Baku Bakı 14°C

Rio-2016: Türkiyəni təmsil edən azərbaycanlı atlet yarımfinal mərhələsinə yüksəlib

16.08.16 20:16 1456
Rio-2016: Türkiyəni təmsil edən azərbaycanlı atlet yarımfinal mərhələsinə yüksəlib
Azərbaycanlı atlet Ramil Quliyev Rio Olimpiadasında yarımfinala yüksəlib. Apasport.az saytının məlumatına görə, 200 metr məsafəyə qaçışda Türkiyəni təmsil edən sprinter ilk mərhələni uğurla adlayıb.

Üçüncü təsnifat qrupunda mübarizə aparan Ramil 20.23 saniyə nəticə ilə ikinci olub və yarımfinala yüksəlib.

Qeyd edək ki, yarımfinal yarışları avqustun 18-də keçiriləcək.
banner

Oxşar Xəbərlər