• cümə, 29 Mart, 09:48
  • Baku Bakı 5°C

Rio-2016: Rəsul Çunayev Azərbaycan yığmasına beşinci medalı qazandırıb

17.08.16 10:05 1191
Rio-2016: Rəsul Çunayev Azərbaycan yığmasına beşinci medalı qazandırıb
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Apasport.az saytının məlumatına görə, avqustun 16-da Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən,Avropa və dünya çempionu Rəsul Çunayev mübarizəyə 1/16 finaldan start verib. O, ilk görüşdə kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhlavanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.

Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.

O, finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. Təəssüf ki, Çunayev uğurunu davam etdirə bilməyib. İlk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu onun finala çıxmasına kifayət etməyib - 1:4.

Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edib. O, bürünc uğrunda Cənubi Koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.

Bu, güləş millimizin ikinci bürünc, ümumilikdə isə, Azərbaycan yığmasının sayca beşinci medalıdır (0-2-3).
banner

Oxşar Xəbərlər