Rihanna Bakıda!

Rihanna Bakıda!

Mədəniyyət
04 Oktyabr 2012, 17:39 1789
Müğənninin Bakı konsertinin təşkilatçısı “Omnikomo Music Group”un PR və marketinq şöbəsindən verilən məlumata görə, müğənni Bakıya xüsusi reyslə gəlib.
Rihannanın 80 nəfərlik komandası da Bakıdadır. Müğənni bu gün “Baku Crystal Hall”da ilk məşqini keçirəcək. Səfər çərçivəsində sənətçinin paytaxt Bakı ilə tanışlığı da nəzərdə tutulur. Qeyd edək ki, Rihanna oktyabrın 6-da “Baku Crystal Hall”da çıxış etməklə Bakıda ilk solo-konsertini verəcək.