• cümə axşamı, 18 aprel, 07:07
  • Baku Bakı 12°C

RİH başçısı: “Ovçular evi”nin ərazisində park salınacaq”

21.04.17 13:10 1203
RİH başçısı: “Ovçular evi”nin ərazisində park salınacaq”
"Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi” ərazisində mədəniyyət və istirahət parkı salacaq. Həmin ərazidə heç bir tikinti işləri aparılmayacaq”.
APA-nın məlumatına görə, bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib. İ. Mehdiyev parkın yaya qədər istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə ərazidə yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir.
banner

Oxşar Xəbərlər