Riberi “Qızıl top”umu oğurladılar” deyir
"Bavariya”nın futbolçusu Frank Riberi 2013-cü ildə verilən "qızıl
top”la bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Riberi 2013-ccü ildə "Qızıl top”a məhz
özünün layiq olduğunu bildirib. Həmin il mükafatı Kriştiano Ronaldo alıb.
Riberi ona dəstək vermədiyinə görə, vətəni Fransanı da ittiham edib:
"Qızıl top”u məndən oğurladılar. Həmin il mən mümkün olan bütün
titulları qazanmışdım. Bundan artıq heç nə etmək olmazdı.
Bu, ədalətsizlik idi. Fransa mənə dəstək olmadı. Ronaldonun bizim
ölkədən necə dəstək aldığını öz gözlərimlə gördüm. Məgər portuqaliyalılar Messi
ilə Riberinin qələbəsini arzulayırdılar? Əlbəttə, yox”.