• cümə axşamı, 25 aprel, 09:48
  • Baku Bakı 14°C

Riberi “Qızıl top”umu oğurladılar” deyir

08.01.18 15:25 1028
Riberi “Qızıl top”umu oğurladılar” deyir
"Bavariya”nın futbolçusu Frank Riberi 2013-cü ildə verilən "qızıl top”la bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Riberi 2013-ccü ildə "Qızıl top”a məhz özünün layiq olduğunu bildirib. Həmin il mükafatı Kriştiano Ronaldo alıb. Riberi ona dəstək vermədiyinə görə, vətəni Fransanı da ittiham edib:
"Qızıl top”u məndən oğurladılar. Həmin il mən mümkün olan bütün titulları qazanmışdım. Bundan artıq heç nə etmək olmazdı.
Bu, ədalətsizlik idi. Fransa mənə dəstək olmadı. Ronaldonun bizim ölkədən necə dəstək aldığını öz gözlərimlə gördüm. Məgər portuqaliyalılar Messi ilə Riberinin qələbəsini arzulayırdılar? Əlbəttə, yox”.
banner

Oxşar Xəbərlər