• cümə axşamı, 28 mart, 13:22
  • Baku Bakı 16°C

Riad Rəfiyev: "Hadisələr futbolçuların psixologiyasına pis təsir edir"

02.05.20 16:45 626
Riad Rəfiyev: "Hadisələr futbolçuların psixologiyasına pis təsir edir"
"Bu, dövlətimizin və hökumətimizin qərarıdır, hörmətlə və anlayışlayanaşırıq".
Bunu "Report"a açıqlamasında Klublar Komitəsinin sədriRiad RəfiyevAzərbaycanda karantin müddətinin mayın 31-dək uzadılmasına münasibət bildirərkən deyib.
"Sumqayıt"ın prezidenti çempionatın baş tutması ilə bağlı hazırdabir söz deyə bilməyəcəyini vurğulayıb.
Rəfiyev bu barədə nəsə deməyin düzgün olmadığını sözlərinə əlavə edib.
Klub prezidenti futbolçuların dünənə qədər məşqə kökləndikləri halda bu qərarı necə qarşılayacaqlarına damünasibət bildirib:"Bu hadisələr onların psixologiyasına pis təsir edir. Çempionata başlayanda oyunçulara forma yığmaq üçün vaxt lazımdır. Nəzərə alaq ki,mayın 31-də artıq 2 aydan çox müddət olacaq ki, futbolçular məşqsiz qalacaq".
Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.
Eyni zamanda bütün milli federasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL (Avropa Peşəkar Futbol Liqaları) və UEFA-ya məlumat verməlidirlər.
banner

Oxşar Xəbərlər