• çərşənbə, 17 Aprel, 02:53
  • Baku Bakı 14°C

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

01.04.18 10:29 560
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı və Naxçıvanda rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirir.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan saat 11-00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

Ərizələrin qəbulu internet vasitəsilə fevralın 15 dən 22-dək aparılıb. İmtahanda iştirak üçün 1092 namizəd ərizə təqdim edib. Onlardan 931 nəfər Azərbaycan bölməsi, 161 nəfər rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 398 nəfəri oğlan, 694 nəfəri isə qızlardır. Namizədlərdən 460-ı cari ilin, 632-si isə əvvəlki illərin məzunlarıdır, 6 nəfər xarici ölkə vətəndaşıdır.
banner

Oxşar Xəbərlər