• cümə axşamı, 28 mart, 17:39
  • Baku Bakı 16°C

Reynaldo AFFA-ya çağırıldı

08.09.14 16:25 1049
Reynaldo AFFA-ya çağırıldı
AFFA-da baş katib Elxan Məmmədovla “Qarabağ”ın futbolçusu Reynaldo Silva arasında görüş keçirilib. Lent.az-ın qol.az-a istinadən məlumatına görə, görüşdə Reynaldo Silvanın Azərbaycan millisində oynaması ilə bağlı məsələlər müzakirə edilib. Müzakirələr zamanı R.Silva millimizdə oynamaqla bağlı AFFA-nın rəsmi təklifini qəbul edib.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qol.az-ın müxbiri ilə söhbətində görüşün keçirilməsi xəbərini təsdiqləyib.
Onun sözlərinə görə, AFFA Brazilya vətəndaşlığı olan Reynaldoya Azərbaycan pasportunun verilməsi ilə bağlı müvafiq qurumlara müraciət edəcək. Eyni zamanda məsələ ilə əlaqədar FİFA da məlumatlandırılacaq.
banner

Oxşar Xəbərlər