• cümə axşamı, 28 mart, 20:24
  • Baku Bakı 13°C

Reyna mafiya üzvləri ilə görüşüb, cəzalana bilər

29.06.18 13:15 791
Reyna mafiya üzvləri ilə görüşüb, cəzalana bilər
"Milan”ın qapıçısı Pepe Reyna cəzaya məruz qala bilər.
Kaspi.az xəbər verir ki, Reyna mafiya ilə əlaqədə ittiham olunur. Məlumata görə, Reyna və İtaliya yığmasının sabiq futbolçusu Paolo Kannavaro Neapol mafiyası ilə təmasda olublar.
Onlar mafiya üzvləri ilə əyləncəli gecələrdə və dəbdəbəli naharlarda görüşüblər. Ancaq Reyna iddia edir ki, görüşdüyü insanların cinayətkar aləmin üzvləri olduqlarından xəbərsiz olub.
İtaliya prokurorluğu məsələ ilə bağlı araşdırma aparır. Prokurorluqdan bildirilib ki, Reynanın mafiya üzvləri ilə görüşdüyü sübut olunsa, onun cəzalandırılmasını tələb edəcəklər.
banner

Oxşar Xəbərlər