• cümə, 29 Mart, 11:10
  • Baku Bakı 5°C

Ürəyi Madriddədir

07.02.18 13:40 894
Ürəyi Madriddədir
"Çelsi”nin qapıçısı Tibo Kurtuanın karyerasını İspaniyada davam etdirəcəyi ilə bağlı məlumatlar səngimir.
Kaspi.az xəbər verir ki, "Real”ın belçikalı qapıçını transfer etməkdə israrlı olduğu bildirilir. Kurtua məsələ ilə bağlı açıqlama verib:
"Mənim mütəmadi olaraq İspaniyaya getməyim "Real”la bağlıdır? Bu, daha çox ailə məsələlərindən qaynaqlanır. Mənim övladlarım belə yaşayır. Qızımla hər gün əlaqə saxlayıb söhbətləşirəm.
Amma oğlum çox balaca olduğu üçün onunla videokamera vasitəsilə söhbətləşə bilmirəm. Ona görə də İspaniyaya tez-tez səfər etməli oluram. Mənim ürəyim Madriddədir.
La Liqaya qayıdışım mümkündür? "Real” məsələ ilə bağlı "Çelsi” ilə danışmalıdır. Ancaq onlar hələ ki, rəhbərliklə əlaqə yaratmayıblar.
Bilirəm ki, bir gün Madridə qayıdacağam. Bu şəhəri sevirəm. Mən məhz orda böyük oldum. Ordan ayrılmaq da mənim üçün çox ağır idi”.
banner

Oxşar Xəbərlər