• cümə, 26 Aprel, 23:36
  • Baku Bakı 22°C

Reyhanlıya raket atılması nəticəsində yaralıların sayı 46-ya çatıb

22.01.18 09:00 407
Reyhanlıya raket atılması nəticəsində yaralıların sayı 46-ya çatıb
Suriyaərazisindən Türkiyənin Hatay vilayəti, Reyhanlı qəsəbəsinə raket atılması nəticəsində yaralananların sayı 46 nəfərə çatıb.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 1 nəfərin öldüyü, 32 nəfərin isə yaralandığı bildirilirdi.
Məlumata görə, Türkiyə hərbi aviasiyası terrorçularln mövqelərinə zərbələr endirib.
Qeyd edək ki, ötən günSuriyanın Afrin bölgəsindən Reyhanlı qəsəbəsinə 3 raket atılıb.
banner

Oxşar Xəbərlər