• cümə axşamı, 25 aprel, 20:31
  • Baku Bakı 21°C

Rəyasət Heyətinin sədri vəzifələrinə seçkilər keçirilib

08.10.18 10:45 381
Rəyasət Heyətinin sədri vəzifələrinə seçkilər keçirilib
Oktyabrın 7-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri vəzifələrinə seçkilər keçirilib.
AZƏRTACxəbər verir ki, Rəyasət Heyəti üç nəfərdən ibarətdir. Onlar serbləri, xorvatları və bosniyalıları təmsil edirlər.
Səsvermənin ilkin nəticələrinə görə, Milorad Dodik (serblər, 55,15 faiz), Şefik Caferoviç (bosniyalılar, 37,97) və Jelko Komşiç (49,47 faiz, xorvatlar) liderlik edirlər.
Mərkəzi Seçki Komissiyası ölkədə səsvermə hüququna malik 3,35 milyon insanı qeydə alıb. Səsvermə 5,8 min seçki məntəqəsində və 314 mobil məntəqədə keçirilib.
banner

Oxşar Xəbərlər