• cümə axşamı, 25 aprel, 05:11
  • Baku Bakı 19°C

“Rəy” Monitorinq Mərkəzi də referendumda “exit-poll” keçirəcək

10.09.16 14:39 1482
“Rəy” Monitorinq Mərkəzi də referendumda “exit-poll” keçirəcək
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində "exit poll” keçirmək niyyətində olan "Rəy" Monitorinq Mərkəzinin müraciətinə baxılıb.
MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, mərkəzin qeydə alınması üçün əsaslar müəyyən edilib: "Belə ki, bu mərkəz indiyədək həm parlament, həm də prezident seçkilərində monitorinq keçirib. Bu referendumda da mərkəzin 450 əməkdaşı iştirak edəcək. Hesab edirəm ki, monitorinq mərkəzinin referendumda fəaliyyəti üçün əsaslar mövcud olduğundan, qeydə alınması məqsədəuyğundur”.
Məsələ səsverməyə qoyularaq qəbul olunub. Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.
Xatırladaq ki, bundan əvvəlMərkəzi Seçki Komissiyası Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi, "ELS” Müstəqil Araşdırmalar Mərkəzini də referendumda "Exit poll” keçirmək üçün qeydə alıb. Referendum zamanı"ELS” Müstəqil Araşdırmalar Mərkəzi118 seçki dairəsindəki 400 seçki məntəqəsində,Vətəndaşların Əmək Hüquqlarını Müdafiə LiqasıABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə 100 seçki dairəsi üzrə 450 seçki məntəqəsində,Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way” təşkilatı ilə birlikdə 118 seçki dairəsi üzrə 152 seçki məntəqəsində "Exit-poll” keçirəcəklər.
banner

Oxşar Xəbərlər