• cümə, 29 Mart, 03:05
  • Baku Bakı 7°C

Revanş xülyası regionun təhlükəsizliyini təhdid altına alır, inkişafa mane olur

15.04.21 21:30 902
Revanş xülyası regionun təhlükəsizliyini təhdid altına alır, inkişafa mane olur
Azərbaycan bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirir. Dövlətimiz bir sıra nüfuzlu qurumlarla Cənubi Qafqazda həyata keçirilən regional əməkdaşlıq layihəsi çərçivəsində sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına yönəlmiş digər proqramların yerinə yetirilməsini planlaşdırır. Ölkəmiz beynəlxalq təşkilatların hamısnın sülh, humanizm öhtəliklərinə sadiq qalıb, daim bu sahədə əməldə fəaliyyət göstərib. Bunun ən bariz nümunəsi İkinci Qarabağ müharibəsidir.
Azərbaycanın Ermənistan üzərindəki qələbəsi artıq regionda davamlı sülhün təmin olunmasına şərait yaradır. Qarşı tərəf terror niyyətindən əl çəksə və bölgədə sülh və sivilzasiya təmin olunsa, Cənubi Qafqaz insanlar üçün yaşana biləcək ən gözəl məkana çevrilər. Əks halda revanş xülyası regionun da təhlükəsizliyini təhdid altına alır, inkişafa mane olur. Bütün beynəlxalq təşkilat və qurumlar, xüsusilə ATƏT Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına və davamlılığına dair fəaliyyət nizamnaməsi hazırlamalıdır. Artıq münaqişə bitdi, bu Azərbaycanın ordusu və başçısının uzaqgörən siyasəti nəticəsində baş verdi. İndiki vəziyyətdə fəaliyyətsizliyi ilə münaqişənin 30 ilə qədər uzanmasına şərait yaradan qurumlar, münaqişənin həllində göstərə bilmədikləri nailiyyəti, sülhün qorunmasında, davamlılığında göstərməlidir. Nəzərə alsaq ki, Azərbaycan Avropa və Asiyanı birləşdirən enerji tranziti rolunu oynayır, bu səbəbdən də dünya dövlətləri təhlükəsizliyə, sülhə maraqlı olmalıdırlar.
Sülh yalnız zorakılıq və münaqişənin yoxluğu demək deyil, bu, elə birgə yaşayış üsuludur ki, cəmiyyətin hər bir üzvünün öz hüquqlarını reallaşdırmaq və inkişaf etməsidir. Cənubi Qafqaz indi bütün dünyanın diqqət mərkəzindədir. Ona görə də burada gedən prosesləri düzgün istiqamətə, sülh istiqamətinə yönəldib, Qafqazda sülhə, əmin-amanlığa nail olmaq çox böyük, müqəddəs məqsəddir, ali məqsəddir və biz bu məqsəd uğrunda bundan sonra da əzmlə çalışacağıq. Ulu öndər Heydər Əliyevin "Vətəndə sülh, bölgədə sülh, dünyada sülh!” konsepsiyası əsasında Qafqaz dövlətlərinin və xalqlarının sülh, əmin-amanlıq və milli təhlükəsizliyi naminə apardığı ardıcıl mübarizəni, həyata keçirdiyi fəaliyyəti bu gün cənab prezidentin başçılığı altında dövlətimiz uğurla davam etdirərək sülhün qarantı kimi çıxış edir. Postmüharibə dövründə qardaş ölkə Türkiyə regionda sülhə necə maraqlıdırsa, dünyanın aparıcı qurum və təşkilatları, həmçinin dünya ölkələri də bu marağın təmin olunmasında fəallıq göstərməlidirlər.
Müşfiq CƏFƏROV
Millət vəkili
banner

Oxşar Xəbərlər