“Retro Bakı” layihəyəsi davam edir - Fotolar
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin
layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin
təşkilatçılığı ilə keçirilən "Retro Bakı” konsertləri ötən həftə sonu paytaxt sakinləri və şəhərimizin qonaqlarına
maraqlı anlar yaşadıb.
Tanınmış estrada mügənniləri Aydınçik, İlahə İbadova, Leyla
Ramazanlı, Lətafət Məhərrəmli, Mircabbar Mirbabayev, Aynur Əliyeva, Kubra Hüseynova, Rasim Mustafazadə, Mirfərhad Həbibi, Nizami
Nikbin, Orxan Hüseynov, Nihat Quluzadə, Səkinə Əhmədzadə, Limberq adına "İqray
qarmon” ("Играй гармонь»)
ansablı, "Nuray” şou qrupu öz çıxışları ilə
tamaşaçıların könüllərini oxşayıblar.Həmçinin,konsertdə
"Cəngi” estrada-folklor ansablının ifasında milli və dünya xalqlarının rəqsləri təqdim olunub.
Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə
vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin
səsləndirilməsi məqsədini daşıyır."Retro
Bakı” sentyabırın 15-dək hər həftə sonu axsham saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər
ilə sizlərin görüşünə gələcəkdir.