• cümə, 19 Aprel, 02:28
  • Baku Bakı 18°C

Rəsul Quliyevi Yalıncığa bənzətdilər

26.07.13 14:33 1341
Rəsul Quliyevi Yalıncığa bənzətdilər

“Müsavat Partiyasının Açıq Cəmiyyət Partiyası ilə heç bir qarşıdurması yoxdur. Sadəcə, Rəsul Quliyev Milli Şuranın üzvü olmasına baxmayaraq, Müsavata, İsa Qəmbərə qarşı qərəzli, haqsız hücumlar edib və bu hücumlara da cavab verilib”.
Bu açıqlamanı APA-ya Mili Şuranın üzvü, Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli son günlər ACP və Müsavat Partiyası arasında baş verən konfliktə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Müsavat Partiyası hər hansı qarşıdurmaya hazırlaşmır və diqqətini Milli Şura daxilindəki konfliktlərə ayırmaq niyyətində deyil: “Lakin Milli Şura daxilindən Müsavata hücumlar olacaqsa, bu hücumlara cavab veriləcək. Bəzənsə heç cavab verməyəcəyik. Çünki biz seçkiyə hazırlaşırıq və vaxtımız azdır. Mən Rəsul Quliyevi “Dədə Qorqud” filmindəki Yalıncıq obrazına bənzətmişəm. Biz Rəsul Quliyevin müxalifət qarşısında etdiyi bütün səhvlərə rəğmən onu bağışlamışdıq. Biz Beyrəksayağı bir jestlə Rəsul Quliyevi bağışlamışdıq və onun Mili Şuraya gəlməsinə etiraz etməmişdik. Amma o Mili Şuraya gələndən sonra yenə də ilk olaraq Müsavatı hədəfə aldı. Biz onun cavabını verdik və hesab edirik ki, o da cavabını aldı. Məsələnin mahiyyətinə varsaq, Rəsul Quliyev Azərbaycanın müstəqilliyinə səs verməyən bir adamdır. Bundan sonra ACP ilə hər hansı qarşıdurmaya getmək fikrində deyilik”.
banner

Oxşar Xəbərlər