• cümə, 29 Mart, 15:24
  • Baku Bakı 14°C

Rəsul Quliyev Sülhəddin Əkbəri sədrlikdən çıxarır

05.09.13 15:50 1674
Rəsul Quliyev Sülhəddin Əkbəri sədrlikdən çıxarır
Prezident seçkilərindən sonra Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev partiyanın hazırkı sədri Sülhəddin Əkbəri tutduğu vəzifədən azad edə bilər. Bu barədə APA-ya Rəsul Quliyevə yaxın mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Rəsul Quliyev Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovla bağlı yaranmış uğursuzluqda Sülhəddin Əkbəri günahkar bilir. Eyni zamanda S. Əkbərin bəzi prinsipial məsələlərdə Milli Şuraya daxil olan partiya sədrləri ilə Rəsul Quliyevlə məsləhətləşmədən gizli sövdələşmələrə getdiyini düşünür: “Rəsul Quliyev ACP-nin Milli Şuradakı fəaliyyətindən narazıdır. Buna görə də partiyaya maliyyə yardımını tam dayandırıb. Maddi yardım kəsildiyinə görə partiya qərargahdan çıxarılıb. Rəsul Quliyev Sülhəddin Əkbəri açıq şəkildə sədrlikdən uzaqlaşdırmaq niyyətində deyil. O, partiyaya maliyyə yardımını dayandırmaqla Sülhəddin Əkbərin özünün istefa ərizəsi yazmasına nail olmaq istəyir”.
Mənbə onu da qeyd edib ki, S. Əkbərin yerinə təyin ediləcək namizədlərlə bağlı da artıq müzakirələr gedir: “Bunlardan biri partiyanın Ali Məclisinin sədri Zəminə Dünyamalıyevadır. Təsadüfi deyil ki, Sülhəddin Əkbərdən fərqli olaraq, Zəminə Dünyamalıyeva başda olmaqla bəzi ACP funksionerləri Cəmil Həsənlinin namizədliyini dəstəkləmədi. Rəsul Quliyevin fikirlərini Sülhəddin Əkbər deyil, Zəminə Dünyamalıyeva təqdir etdi və cəmiyyətə çatdırdı. ACP sədri ola biləcək şəxslərin arasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimlinin də adı var. Rəsul Quliyevin digər planı isə VAMBP sədri Hacıbaba Əzimovun ACP sədrliyinə gətirilməsidir. Hazırda bu şəxslərlə danışıqlar aparılmasa da, Rəsul Quliyevin irəli sürdüyü şərtlərə razı olan şəxs seçkilərdən sonra partiya sədrliyinə gətiriləcək”.
banner

Oxşar Xəbərlər