• cümə axşamı, 25 aprel, 17:20
  • Baku Bakı 23°C

"Rəşt-Astara dəmir yolunun təkmilləşməsi 4 ilə yekunlaşacaq"

19.03.18 11:45 584
"Rəşt-Astara dəmir yolunun təkmilləşməsi 4 ilə yekunlaşacaq"
"Şimal-Cənub və Cənub-Qərb dəhlizlərinin hər ikisində çatışmayan hissə Rəşt-Astara dəmir yolu xəttidir. Bu layihənin təkmilləşməsi ilə Hindistan, İran, Azərbaycan, Gürcüstan və Ukraynaya tranzit yol təkmilləşəcək və bu, çox önəmlidir".
Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında İran İslam Respublikasının Dəmir Yolları İdarəsinin rəhbəri Səid Məhəmmədzadə deyib.
İdarə rəisi bildirib ki, proqnozlara görə, Rəşt-Astara dəmir yolu xətti istifadəyə veriləndən sonra yaxın 4 il ərzində 2 milyon ton yükün daşınması mümkün olacaq: "Əlbəttə ehtimal olunur ki, bu dəmir yolu xətti ilə daşınacaq yükün həcmi daha da çox olsun".
S. Məhəmmədzadə deyib ki, Rəşt-Astara dəmir yolunun icrası layihəsi İran prezidentinin xüsusi nəzarətindədir: "Azərbaycan Respublikası ilə əldə etdiyimiz razılığa əsasən, bu layihəyə İran və Azərbaycan birgə sərmayə yatıracaq. Qanuni və hüquqi aspektlərlə bağlı razılıq əldə olunub. Ümid edirik ki, layihənin icrası ilə Xəzər dənizinin qərbində Şimal-Cənub dəmir yolu xətti Azərbaycan, Gürcüstan, Ukrayna və Avropaya birləşəcək”.
S. Məhəmmədzadə deyib ki, Rəşt-Astara dəmir yolu xəttinin təkmilləşməsi üçün görüləcək işlərin qrafiki hazırlanacaq: "Dəmir yolu xəttinin uzunluğu 200 kilometrdən azdır. Azərbaycan və İranın birgə koordinasiyalı işi nəticəsində layihə daha az zamanda təkmilləşəcək və 4 ildən az bir vaxtda yekunlaşacaq".
banner

Oxşar Xəbərlər