AZE | RUS | ENG |


Rəssamlar İttifaqı “Təsviri sənət həftəsi” keçirəcək

Rəssamlar İttifaqı “Təsviri sənət həftəsi” keçirəcək
Azərbaycan Rəssamlar İttifaqı ənənəvi olaraq bu il də Novruz bayramı münasibətilə "Təsviri sənət həftəsi” keçirəcək.

Rəssamlar İttifaqından AZƏRTAC-a bildirilib ki, martın 24-də saat 12.00-da V.Səmədova adına Sərgi Salonunda kütləvi informasiya vasitələrin iştirakı ilə konfrans, saat 15.00-da "Soltan Məhəmməd” mükafatına iddiaçı rəssamların əsərlərindən ibarət sərgi-müsabiqə təşkil olunacaq.

Martın 25-də saat 12.00-da İçərişəhərdə "Uşaqların ən yaxşı rəsmi” adlı müsabiqə, martın 27-də isə saat 12.00-da V.Səmədova adına Sərgi Salonunda qüsurlu uşaqların əsərlərindən hərrac–satış keçiriləcək. Satışdan əldə edilən vəsait təmənnasız olaraq uşaq evlərinə veriləcək.

Martın 28-də saat 12.00-da Bakıdakı Humanitar Kollecdə təhsil alan şagirdlərin görkəmli Azərbaycan rəssamları ilə görüşünün təşkili, həmçinin Bilgəh, Mərdəkan və Buzovna qəsəbələrindəki uşaq və qocalar evlərinə hədiyyələrin təqdim edilməsi planlaşdırılıb.

Martın 29-da saat 16.00–da C.Naxçıvanski adına Hərbi Liseydə Qarabağ döyüşlərinin iştirakçısı, müharibə veteranı, rəssam İntiqam Ağayevin fərdi sərgisi açılacaq.

"Təsviri sənət həftəsi”nə martın 30-da V.Səmədova adına Sərgi Salonunda "Bahar sərgisi” ilə yekun vurulacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7027
GBP 1 İngilis funt sterlinqi 2.2128
TRY 1 Türk lirəsi 0.4760
KWD 1 Küveyt dinarı 5.6080
SEK 1 İsveç kronu 0.1949
EUR 1 Avro 1.9047
CHF 1 İsveçrə frankı 1.7467
USD 1 ABŞ dolları 1.7023