• cümə, 26 Aprel, 20:07
  • Baku Bakı 22°C

Respublikanın hər yerində tədris təmayülləşdiriləcək

02.12.16 18:17 971
Respublikanın hər yerində tədris təmayülləşdiriləcək
2017-2018-ci tədris ilindən etibarən Azərbaycanın bütün bölgələrində ümumtəhsil məktəblərində tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunacaq. Lent.az-ın məlumatına görə, bunu Təhsil NazirliyininÜmumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisiGülarə Xudiyeva deyib.

G.Xudiyevanın sözlərinə görə, növbəti dərs ilində respublikada tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə kütləvi şəkildə keçid olacaq: " İndiyə qədər bu pilot layihə şəkilində həyata keçirilirdi. Ancaq təhsil haqqında qanunun tələblərinə uyğun olaraq növbəti tədris ilindən respublikanın bütün bölgələrində ümumtəhsil məktəblərində tam orta təhsil səviyyəsi təmayüllər üzrə təşkil olunacaq”.

G.Xudiyeva deyib ki, hazırda bu istiqamətdə təhlillər aparılır, risklər müəyyənləşdirilir: "Məktəbin şagird, sinif sayı, kadr potensialı nəzərə alınır. Rayon təhsil şöbələri, yerli təhsil idarəetmə orqanları təhlillər aparırlar. Təhlillərin nəticələri Təhsil Nazirliyində də təhlil olunur və yekun qərar ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, 2016-2017-ci tədris ilindən isə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, Lənkəran, Quba, Bərdə, Tovuz, İsmayıllı, Şəki, Ağcabədi, Yevlax, Xaçmaz, Samux, Neftçala, Zaqatala, Cəlilabad, Şamaxı, Siyəzən, Şabran, Qusar, Qəbələ, Balakən, Salyan, Masallı, Biləsuvar, Sabirabad, Saatlı, Kürdəmir, Göyçay, Zərdab, Beyləqan, Ağdaş, Goranboy, Göygöl, Tərtər, Şəmkir, Qazax, Ağstafa rayonları üzrə pilot ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunur.
banner

Oxşar Xəbərlər