• cümə, 29 Mart, 17:16
  • Baku Bakı 14°C

Respublikada bağlı qalan 21 cinayətin açılması təmin olunub

03.03.18 10:40 726
Respublikada bağlı qalan 21 cinayətin açılması təmin olunub
Ötən gün respublikada daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 25-i "isti izlər”lə açılıb.
Trendə DİN mətbuat xidmətindən verilən məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.
Qeyd olunur ki, axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Yollarda olan vəziyyətə gəlincə, ötən gün respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Bildirilir ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb."
banner

Oxşar Xəbərlər