• çərşənbə axşamı, 16 aprel, 09:18
  • Baku Bakı 14°C

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

07.04.18 17:20 1058
Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib
Bu gün respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, olimpiada Bakı şəhərində 4, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Şəki şəhərləri, İsmayıllı, Şəmkir, Ağdaş və Quba rayonlarının hər biri üzrə bir mərkəzdə keçirilib.

Olimpiadaların respublika mərhələsinin yarımfinal turunda IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə biliklərini sınayıblar. İnformatika fənni üzrə olimpiada isəaprelin 8-dəBakı Mühəndislik Universitetində təşkil olunacaq.

Olimpiadada xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən VII, VIII sinif şagirdləri də öz bilik və bacarığını nümayiş etdirib.

Fənn olimpiadalarının yarımfinal turundayuxarı nəticə göstərən şagirdlər final mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında keçirilən respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1419, coğrafiya fənni üzrə 1458, riyaziyyat fənni üzrə 1067, tarix fənni üzrə 617, fizika fənni üzrə 405, kimya fənni üzrə 377, biologiya fənni üzrə 430, informatika fənni üzrə 121 şagird növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
banner

Oxşar Xəbərlər