• cümə axşamı, 25 aprel, 17:21
  • Baku Bakı 23°C

Rəsmi Tehran ABŞ-ın sanksiyalarından mümkün çıxış yolları üçün xüsusi komissiya yaradıb

21.09.18 14:30 478
Rəsmi Tehran ABŞ-ın sanksiyalarından mümkün çıxış yolları üçün xüsusi komissiya yaradıb
İran ABŞ-ın sanksiyalarından mümkün çıxış yolları üçün xüsusi komissiya yaradıb.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İran Parlamentinin Enerji Komissiyasının vitse-prezidenti Hüseyin Emiri Hamkani deyib.
O bildirib ki, ABŞ-ın İranın neft satışına yönələn sanksiyalarından mümkün çıxış yolları məqsədilə Energetika Nazirliyində xüsusi komissiya yaradılıb.
Xatırladaq ki, ABŞ-ın İranın əsasən neft ixracını hədəf alan ikinci sanksiya paketi noyabrın 5-də qüvvəyə minəcək.
banner

Oxşar Xəbərlər