Rəsmi Parisin qeyri-səmimiliyi göz önündə
Son günlər anti-Azərbaycan şəbəkəsinin süni şəkildə gündəmə gətirməyə
çalışdığı bloqqer Mehman Hüseynov məsələsi ilə bağlı bir sıra beynəlxalq
təşkilatlar və dövlətlər diplomatik etik çərçivəni aşdı. Belə ki, Fransa
hökuməti bloqqerlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib.
Fransanın bu addımı diplomatik etik normaları pozmaqla yanaşı, həm də təəccüb
doğurur. Çünki bütün dünyaya bəllidir ki, hazırda Fransada əhali sosial
ədalətsizliyə etiraz əlaməti olaraq "sarı jiletlilər” adlı nümayişlər keçirir.
Elə Azərbaycanın xarici siyasət idarəsi də Fransanın ünvanladığı müraciətə cavabda bu məsələni vurğulayıb. XİN-in açıqladığı bəyanatda bildirilir ki, rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin: "Fransa tərəfinin hazırda ölkəni "sarı jiletlilər” aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir”.
Həqiqətən də öz ölkəsinin problemlərini həll edə bilməyən rəsmi Paris, hansı səbəbdən Azərbaycanın daxili işinə qarışır?
Milli Dirçəliş Hərəkatı
Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, istər Fransa
hökuməti, istərsə də beynəlxalq təşkilatlar ölkəmizə müraciət göndərəndə, bir
məsələni unudurlar ki, Azərbaycanın 1 milyondan çox məcburi köçkününün
hüquqları pozulub: "Eləcə də bu insanlar öz yurd-yuvalarından didərgin düşməklə
bərabər, həm də əmlak hüquqları pozulub, mənəvi cəhətdən zərbə alıblar. Amma bu
insanların hüquqlarına baxılmır. İkinci bir tərəfdən, iki yüz mindən çox adam Qərbi
Azərbaycandan, indiki Ermənistandan qovulub, lakin onların da heç bir hüququna
diqqət ayrılmır. Eyni zamanda Kəlbəcərdən girov götürülmüş yüzlərlə
azərbaycanlı və xüsusilə qadınlar Zod qızıl mədənində qul kimi işlədilir. Bu
faktı Avronest Parlament Assambleyasının Belçikada, Fransada, İspaniyada və
hətta Ermənistanın özündə keçirilən iclaslarında diqqətə çatdırmışam. Bununla
bağlı fotoşəkillər və ciddi məlumatlar var. Bu insanların hüquqları niyə
müdafiə olunmur? Ona görə də bu məsələlər bəhanədir və istər Mehman Hüseynov,
istərsə də digər məsələlərdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə
çalışırlar. Yəni, qərb ölkələrinin özündə hansısa bir problem oldu-olmadı, bir
tərəfə qoyaq. Onların yanaşması sadəcə olaraq, daxildə olan bəzi qüvvələrlə - hansı
ki, onlar qrant alveri edirlər - xaricdə oturub Azərbaycana təzyiq etmək
istəyən dövlətlərin iş birliyidir. Fransa özü bütün qaydaları pozub. Bu
yaxınlarda Fransanın bir şəhəri Azərbaycanın işğal altında olan Şuşa şəhəri ilə
"qardaşlaşmış şəhər” olaraq sənəd imzalayıb. Bilirlər ki, Şuşa işğalçı
Ermənistanın nəzarəti altındadır. Özü də Fransa ATƏT-in Minsk qrupunun həmsədr
ölkələrindən biridir. Ona görə də belə addımları görəndə qətiyyən
təəccüblənmirəm. Fransa daxilində hansı hüquq pozuntularının olduğunu,
nümayişçilərə necə təzyiq göstərildiyini, insan haqlarının necə pozulduğunu da
vurğulamaq lazımdır. Təbii ki, onların məqsədi Azərbaycanı zəiflətməkdir, ölkə
daxilində istənilən bir məsələdən yapışıb təzyiqləri artırmaqdır və bununla
yanaşı, müəyyən məsələləri dövlətimizə diktə etməyə çalışmaqdır”.
F.Quliyev bildirdi ki, erməni diasporunun bu məsələdə rolu istisna olunmur: "Amma məsələ ondadır ki, bu dövlətin mahiyyəti budur. Fransa Ermənistanı özünün kiçik bacısı adlandırır və birmənalı şəkildə Makron tərəfindən elan olunub ki, Ermənistanın mövqelərini müdafiə edəcəklər. İşğalçı dövlətin mövqelərini müdafiə eləmək nə qədər doğrudur? Amma Suriyadan geri çəkilməklə bağlı bildirirlər ki, burada ədalət bərpa olunmayanadək oradan çıxmayacağıq. Necə olur ki, oradan ədalət bərpa olunmayanadək çıxmırsan, amma Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi halda, ona sanksiya tətbiq etmirsən? Ona görə də indiki yaranmış durum təkcə erməni diasporunun işi deyil, bu həm də Fransa dövlətinin mahiyyətidir”.
BƏXTİYAR
Elə Azərbaycanın xarici siyasət idarəsi də Fransanın ünvanladığı müraciətə cavabda bu məsələni vurğulayıb. XİN-in açıqladığı bəyanatda bildirilir ki, rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin: "Fransa tərəfinin hazırda ölkəni "sarı jiletlilər” aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir”.
Həqiqətən də öz ölkəsinin problemlərini həll edə bilməyən rəsmi Paris, hansı səbəbdən Azərbaycanın daxili işinə qarışır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, Fransa
XİN-in Mehman Hüseynov haqqında Azərbaycana qarşı diplomatik etika baxımından
qeyri-etik hesab edilən münasibət bildirməsi öz gözündə tiri görməyənlərin
başqasının gözündə tük axtarmasına bənzəyir: "Yaxşı olar ki, Fransada ilk
növbədə "sarı jiletlilər”ə tutulan divanı xatırlasınlar, saxlanılan 4500-dən
çox dinc nümayiş iştirakçısının hüquqları barədə düşünsünlər, sonra kiminsə məsələsinə
hüquqi qiymət verməyə mənəvi haqları olsun. Paris küçələrində çarəsiz qalmış
vətəndaşlar sosial problemlərinin həll edilməsi ilə bağlı mitinq keçirən zaman
Fransa polisi ən qəddar zorakı metodlara əl ataraq elə Fransa konstitusiyasında
əksini tapan vətəndaşların sərbəst toplaşmaq azadlıqlarını pozdu. Ölüm
hadisəsinə qədər şiddətlənən bu zorakılıq, əslində fransız polisinin
qəddarlığının ənənəvi təzahürüdür. Çünki bu cür zorakılıq halları tez-tez
təkrar olunan hadisədir”.
H.Məmmədovun sözlərinə görə, Fransa bütün bunlar azmış kimi, hazırda
dinc nümayişçiləri sərt şəkildə cəzalandırmaq üçün yeni qanun qəbul etməyə
hazırlaşır: "Bu qanun Fransa konstitusiyasına zidd olduğu kimi, demokratik
dəyərlər adlandırdığımız qlobal və universal dəyərlərə də ziddir. İnsan və
vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır. Qanun layihəsində
mitinq iştirakçılarının xüsusi texniki vasitələrlə etiketlənməsindən
(şifrələnməsindən) tutmuş, ictimai asayişə dəyən ziyanın mitinq iştirakçıları
tərəfindən ödənilməsinə qədər çox ciddi sanksiyalar nəzərdə tutulur. Heç bir
demokratik ölkədə vətəndaşa qarşı belə amansız tədbirlər həyata keçirilmir. Ona
görə də hər şeydən əvvəl Fransa hökuməti belə məsələlərə düzgün qiymət verməyi
bacarmalıdır. Yoxsa hər addımında ermənipərəst mövqe tutmaq, Azərbaycan kimi
ciddi tərəfdaş ölkəyə erməni eynəyi ilə baxmaq doğru deyil. Bu nə demokratiya
və insan hüquqları baxımından, nə də beynəlxalq hüquq və ədalət baxımından
doğrudur”.