• cümə axşamı, 28 mart, 17:50
  • Baku Bakı 16°C

Rəsmi məlumatı şübhə altına almaq..

22.08.19 18:30 9179
Rəsmi məlumatı şübhə altına almaq..
MİQ-29 təyyarəmizin qəza səbəbləri barədə Müdafiə Nazirliyinin rəsmi mövqeyini şübhə altına alan həvəskar izah və şərhlər qeyri-adekvat, təmayüllü, diletant xarakter daşımaqla, bədxah münasibətlərin ifadə edilməsindən başqa heç bir məna kəsb etmir.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Ekspertin sözlərinə görə, sırf peşəkar və elektron-texnoloji bilgilərin predmeti olan məsələlərin adi diletant səviyyə və primitiv məntiqi mühakimələrlə iddialı şəkildə izah etmək cəmiyyətin diqqətini yayındırmaq, rəsmi mövqelərə inamsızlıq yaratmaq, dəxli olmadığı halda məsələni süni şəkildə siyasiləşdirmək kimi ziyanlı məqsədlərə xidmət edir:
"Bu gün sosial şəbəkələrdə rəsmi dövlət mövqeyini "dahiyanə arqumentlərlə" "vurmaq" istəyənlərin əsas hissəsi məlum hadisəyə görə yas mərasimini siyasiləşdirmək istəyən uğursuz dairələrin sifarişi və təsiri altındadır. Az bir hissəsi isə sadəcə sosial şəbəkədə populyar bir mövzu üzərində gündəmə gəlməklə özünü göstərmək istəyənlərdie. Sonuncu kateqoriyaya aid olan insanlar başqalarının siyasi oyunlarında vasitəyə çevrilmək kimi vəziyyətə düşür və həm şəxsi ləyaqət, həm də insanların həssas duyğularına münasibət baxımından olduqca ziyanlı rol oynayırlar. Rəsmi mövqeni nəyin bahasına olursa-olsun təftiş etdirmək və bu işə sosial şəbəkədə mümkün qədər çox sayda insanları cəlb etmək müəyyən radikal çevrənin məqsədyönlü idarə etdiyi prosesdir. Həmin dairələrin bu prosesin gedişi və saatbasaat ona nə qədər insanın başdan çıxarılaraq cəlb edildiyinə dair müəyyən adamlardan hesabatlar qəbul etdiyi şübhəsizdir. Rəsmi mövqeni şubhə altına alan az sayda şəbəkə insanları radikalların mərasimdə iştirakını münasib bilmədiyi üçün matəm sahiblərindən həm də qisas almaq niyyətini həyata keçirirlər".
Ekspert qeyd edib ki, Müdafiə Nazirliyinin rəsmi mövqeyini siyasiləşdirmək cəhdlərinin tutarsız və perspektivsiz olduğunu sübut edən saysız arqumentlər var: "Eyni tip təyyarələrin indiyə qədərki qəza tarixçələrini araşdırsalar, bir daha əmin olmaq olar ki, nə qədər kiçik fiziki maneələr və texniki səbəblərdən belə qəzalar törənə bilər. Bu gün rəsmi məlumatı şübhə altına almaq təyyarə qəzasını ilk dəqiqələrdən siyasiləşdirməyi qarşısına məqsəd qoyan dairələrin fəaliyyətinin davamı və tərkib hissəsidir. Sadəcə, bilmədən bu dairələrin siyasi toruna düşən sadə sosial şəbəkə istifadəçilərinin daha diqqətli olmalarına ehtiyac var".
banner

Oxşar Xəbərlər