• cümə axşamı, 28 mart, 17:02
  • Baku Bakı 16°C

Rəsmi Bakı bütün İƏT dövlətlərini işğal olunmuş torpaqlarda iqtisadi fəaliyyətə cəlb olunmaqla bağlı hər hansı cəhdlərin qarşısını almağa çağırıb

25.09.18 11:22 329
Rəsmi Bakı bütün İƏT dövlətlərini işğal olunmuş torpaqlarda iqtisadi fəaliyyətə cəlb olunmaqla bağlı hər hansı cəhdlərin qarşısını almağa çağırıb
Təəssüflər olsun ki, Ermənistan regional təhlükəsizliyi və sabitliyi təhlükə altına almaqla, eləcə də tam miqyaslı regional əməkdaşlığa maneə törətməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin 20 faizinin işğalını davam etdirir. Ermənistan təcavüzkar siyasətində daha da irəli gedərək indi də işğal olunmuş Azərbaycan ərazilərində biznes, ticarət və sərmayələr cəlb etmək vasitəsilə qanunsuz işğala digər ölkələri cəlb etmək cəhdi göstərir.
XİN-dən Trend-ə verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının qeyri-rəsmi görüşündə deyib.
Nazir deyib: "Əməkdaşlığımız üçün çox vacibdir ki, bütün ölkələr Ermənistanın belə niyyətlərindən xəbərdardırlar və işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı növ sosial, iqtisadi və mədəni cəlbolunmalardan imtina edirlər. Mən bütün İƏT üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarında və ya oradakı rejimlə ticarət, iqtisadi və sərmayə fəaliyyətlərinə cəlb olunmaq ilə bağlı hər hansı cəhdlərin qarşısını almağa çağırıram.
Erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışının təmin edilməsi təkcə Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə töhfə verməyəcək, həmçinin geniş miqyaslı region daxili əməkdaşlığı möhkəmləndirəcəkdir".
banner

Oxşar Xəbərlər